mahkamaOğurluqda təqsirləndirilən İlahə Əlipaşayeva və tanışı Baxşəli Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Heftelik.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, İlahə Əlipaşayeva 6 il, tanışı Baxşəli Ağayev isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Bakıda evlərdən birində dayə işləyən İ. Əlipaşayeva ailənin imkanlı olduğunu görüb və tanışı B. Ağayevlə cinayət əlaqəsinə girərək evdən 91 min manatlıq qızıl-zinət əşyaları və pul oğurlayıb.