İxtisas artırma təlimlərində iştirak edən təhsilverənlərin sayı 10010 nəfər və ya 33,4%, cox, təlim və stajkeçmə xidmətlərində iştirak etmiş təhsilverənlərin sayı 2280 nəfər və ya 45,6%, Bakı şəhəri üzrə Təhsil İdarəsində təlimə dəstək mərkəzlərinin fəaliyyəti ilə məşğul olan işçi sayı 1 nəfər və ya 3,0% çox, metodkabinetlərin fəaliyyəti ilə məşğul olan işçi sayı isə 32 nəfər və ya 5,3% az, təhsilalanların biliyinin qiymətləndirilməsi istiqamətində nailiyyətlərinin qiymətləndirildiyi şagirdlərin sayı 3149 nəfər və ya 2,0%, layihənin həyata keçirildiyi ümumi təhsil müəssisələrinin sayı 19 ədəd və ya 17,3% çox olub.

Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Təhsil” xərcləri üzrə hazırlanmış ortamüddətli xərclər çərçivəsi sənədinə uyğun olaraq büdcə xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi üzrə 2021-2024-cü illər üçün icmallaşdırılmış  fəaliyyət planı”nın icrasının təhlilində əksini tapıb.