Dəmir yolu sisternləri saz vəziyyətdə olmalı və üzərində texniki baxışdan keçməsi haqqında nişanı olmalıdır. Nasaz vaqon-sisternlərə neftin doldurulması qadağandır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Neftlə dolu və doldurulacaq vaqon-sisternlər estakadaya səlis, təkansız və zərbəsiz verilməlidir.