Texnoloji boru kəmərlərinin kommunikasiyaları texnoloji əməliyyatların fasiləsiz yerinə yetirilməsini təmin etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Xidməti heyət boru kəmərlərinin yerləşdirilməsi sxemini, siyirtmələrin yerini və təyinatını, siyirtmələrin açılıb-bağlanması qaydalarını (xüsusən, qəza və yanğın zamanı) bilməlidir.