Ali təhsil proqramı üzrə innovasiyaların təşviq olunması (Strateji hədəf 15) istiqaməti üzrə “Bir Tələbə Könüllü Proqramı”nın həyata keçirilməsi istiqaməti üzrə tədbirin əhatə etdiyi könüllülərin sayı 3681 nəfər və ya 13,6% çox olub.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Təhsil” xərcləri üzrə hazırlanmış ortamüddətli xərclər çərçivəsi sənədinə uyğun olaraq xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi üzrə 2021-2024-cü illər üçün icmallaşdırılmış fəaliyyət planı”nın icrasının təhlilində əksini tapıb.
Bundan əlavə, təsdiq edilmiş proznozdan yaradıcılıq profilli bəzi dövlət ali təhsil müəssisələrinin gəlir və xərcləri arasında yarana biləcək kəsirin maliyyələşdirilməsi ilə bağlı xərclər çərçivəsində maddi dəstək alan yaradıcılıq profilli ali təhsil müəssisələrin sayı 2 ədəd və ya 50,0%, dəstək olunan ali təhsil müəssisələrində təhsilalanların sayı isə 4366 nəfər və ya 74,7% az olub.