Neftdoldurma şlanqlarının metal ucluqları diametri 2 mm-dən az olmayan, neftdoldurma qurğusunun metal-konstruksiyasına birləşdirilməklə şlanq boyu sarınan elastik mis naqil vasitəsilə yerlə birləşdirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Doldurma-boşaltma əməliyyatı zamanı neftdaşıyan tankerlərdə və körpülərdə təmir işlərinin aparılması qadağandır. Neftdaşıyan tankerdə fövqəladə hal yarandıqda doldurma-boşaltma əməliyyatı dayandırılmalı və neftdoldurma tankeri doldurma-boşaltma körpüsündən kənarlaşdırılmalıdır.