Magistral neft kəmərlərini istismar edən müəssisələr (təşkilatlar) tərəfindən boru kəmərlərini istismar etmək məqsədilə həmin boru kəmərlərinin izolyasiyasının keyfiyyətinin və onların elektro-kimyəvi mühafizə vasitələrinin vəziyyətinin yoxlanılması üçün bu barədə torpaq istifadəçilərinə qabaqcadan bildirməklə (işlərin başlanmasına ən azı 5 gün qalmış), mühafizə zonası daxilində şurfların açılmasına və digər torpaq işlərinin aparılmasına yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.