Siyirtmələr, onların şəbəkələrində və boru kəmərlərində quraşdırılıan bağlayıcı armaturlar saz vəziyyətdə saxlanılmalı və lazım gəldikdə, boru kəmərlərinin müəyyən yerlərinə neft veriminin dayandırılmasını tez və etibarlı təmin etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Boru kəmərlərinin və siyirtmələrin donmuş hissələrinin açıq alovla qızdırılması qadağandır. Bu məqsədlə buxar, isti su və ya qızdırlmış qumdan istifadə edilməlidir.