Estakada ərazisində dəmir yolu vaqon-sisternlərinin polad başmaqlarla əyləclənməsi qadağandır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Bu məqsədlə yalnız taxta altlıq və ya qığılcımdan mühafizəli başmaqlar istifadə edilməlidir.