“Su obyektlərinin ekoloji statusunun müəyyən edilməsi” üzrə “Hidroloji şəbəkənin modernləşdirilməsi” 17 ədəd və ya 2021-ci ilin müvafiq göstəricisindən 6 ədəd az olmuşdur ki, bu da qloballaşan dünyada su obyektlərində yaranan ekoloji problemlərin həlli istiqamətində aparılan işlərə adekvat deyil.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının Büdcə xərclərinin funksional
təsnifatının “Ətraf mühitin mühafizəsi” bölməsi üzrə ortamüddətli xərclər çərçivəsinin icra vəziyyətinə dair hazırladığı materialda əksini tapıb.
Həmçinin, OMXÇ-də təqdim edilmiş “Su ehtiyatlarının qiymətləndirilməsi və qorunması” strateji hədəfi çərçivəsində 6 istiqamətdə tədbirlərin həyata keçirilməsi və 21 indikator üzrə göstəricilərin müəyyən edilməsi nəzərdə tutulsa da, onlar Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqələndirilməyib.