Birinci qovşaqda avtomatik açılan siyirtməli yaylı qoruyucu klapan sistemi çənlər parkının qəbul boru kəmərlərinin üzərində, ikinci qovşaqda isə – yaylı qoruyucu klapan sistemi dayaq və nasosxanalar arasında quraşdırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Qoruyucu qurğular birbaşa tutuma və ya boruya birləşdirilmiş borucuqlarda və ya boru xətlərində quraşdırılmalıdırlar. Tutum və ya boru ilə qoruyucu qurğu arasında, eləcə də onun arxasında bağlayıcı armaturun quraşdırılmasına icazə verilmir. Eyni nöqtəyə quraşdırılmış iki qoruyucu klapandan əvvəl və sonra ayırıcı siyirtmələr (üçgedişli siyirtmələr) quraşdırıla bilər, bu şərtlə ki, iki qoruyucu qurğunun və bloklayıcının qurulması onların eyni zamanda söndürülməsini (ayrılmasını) istisna etsin. Qoruyucu klapanlar əvvəlcədən təyin olunmuş təzyiqdə işləməlidir. Təyin olunmuş təzyiq neftvurma stansiyasının texnoloji xəritəsində göstərilməlidir.