Hidrogen sulfid tərkibli neft saxlanılan çənlər hermetik olmalı, qaz boru birləşmələri ilə təchiz edilməli və hidrogen sulfid korroziyasından etibarlı mühafizə olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Çənlər parkının sahəsinə daxil olduqda süzgəcli əleyhqazdan istifadə edilməlidir. Çənlər parkının girişində xəbərdaredici işarələr quraşdırılmalıdır.