Estakadanın işıqlandırılması üçün partlayış təhlükəli zonadan kənarda yerləşən dorlarda projektorlar quraşdırılmalıdır və ya partlayışdan mühafizəli stasionar fənərlərdən istifadə edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Doldurma-boşaltma estakadalarının yanğından mühafizə xidməti, neftvurma stansiyasının operator otağı və dəmir yolu stansiyasının dispetçeri ilə etibarlı selektor və telefon rabitəsi olmalıdır.