İndikator göstəriciləri üzrə proqnozdan təhsilalanların ümumi təhsil pilləsində yekun qiymətləndirmədə (attestasiyasının), orta ixtisas təhsil müəssisələrinə, ali təhsil müəssisələrinə mərkəzləşdirilmiş qəbul imtahanlarında iştirakının təmin edilməsi (Strateji hədəf 4) istiqaməti üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin aparılması, orta ixtisas təhsili müəssisələrinə və ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı keçirilən imtahanlarda abituriyentlərin ilk dəfə iştirakı üçün xərcləri çərçivəsində iştirakçıların sayı 126511 nəfər və ya 27,5%, orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı dövlət sifarişi ilə keçirilən imtahanlarda iştirak edən abituriyentlərin sayı 16038 nəfər və ya 74,1% az, ümumi orta təhsil pilləsində yekun qiymətləndirilməsi aparılan təhsilalanların sayı 29580 nəfər və ya 28,7%, tam orta təhsil pilləsində yekun qiymətləndirilməsi aparılan təhsilalanların sayı 14133 nəfər və ya 17,3%, ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu ilə bağlı keçirilən imtahanlarda ilk dəfə iştirak edən abituriyentlərin sayı 10763 nəfər və ya 12,0% çox olub.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Təhsil” xərcləri üzrə hazırlanmış ortamüddətli xərclər çərçivəsi sənədinə uyğun olaraq büdcə xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi üzrə 2021-2024-cü illər üçün icmallaşdırılmış fəaliyyət planı”nın icrasının təhlilində əksini tapıb.
Cədvəl 4. Təhsilalanların ümumi təhsil pilləsində yekun qiymətləndirmədə (attestasiyasının), orta ixtisas təhsil müəssisələrinə, ali təhsil müəssisələrinə mərkəzləşdirilmiş qəbul imtahanlarında iştirakının təmin edilməsi (Strateji hədəf 4), %
Fəaliyyət və tədbir | Kassa xərci | Monitorinq göstəricisi | Monitorinq göstəricisinin icrası |
Subproqram 2.5. Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi və növbəti təhsil pilləsi üzrə qəbul imtahanlarının keçirilməsi |
100,0 | ||
Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin aparılması, orta ixtisas təhsili müəssisələrinə və ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı keçirilən imtahanlarda abituriyentlərin ilk dəfə iştirakı üçün xərclər |
100,0 | İştirakçıların sayı | 72,5 |
Ümumi orta təhsil pilləsində yekun qiymətləndirilməsi aparılan təhsilalanların say | 128,7 | ||
Tam orta təhsil pilləsində yekun qiymətləndirilməsi aparılan təhsilalanların sayı | 117,3 | ||
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı dövlət sifarişi ilə keçirilən imtahanlarda iştirak edən abituriyentlərin sayı | 25,9 | ||
Ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu ilə bağlı dövlət sifarişi ilə keçirilən imtahanlarda ilk dəfə iştirak edən abituriyentlərin sayı | 112,0 |