Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifələrini icra edən kinorejissor Rüfət Həsənov tutduğu vəzifədən azad olunması üçün ərizə ilə mədəniyyət naziri Adil Kərimliyə müraciət edib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  bununla bağlı hələ ki müvafiq göstəriş verilməyib.

Mədəniyyət Nazirliyindən Rüfət Həsənovun ərizə yazması təsdiq olunub: “Lakin hələ ki ərizəyə baxılmayıb”.