Xarici bankların yerli banklarda müxbir hesablarının açılmasından əvvəl yerli bank xarici bankdan korrespondent bankda (respondent bankın xeyrinə müxbir hesab açan) açılmış müxbir hesabdan respondent bankın (xeyrinə müxbir hesab açılan bank) respondent maliyyə institutları tərəfindən istifadə edilməsi və həmin respondent maliyyə institutlarının işgüzar nüfuzuna dair məlumat, respondent bankın respondent bankları arasında müxbir bankçılıq münasibətlərinin davamlılıq müddətinə dair məlumat, korrespondent bankda açılmış müxbir hesabdan respondent bankın müştərisi olan fiziki və ya hüquqi şəxsə birbaşa istifadəyə imkan verilməsi və respondent bankın əsas fəaliyyət istiqaməti, biznes modeli, müştəriləri üçün təklif etdiyi xidmət növləri və hazırki müştəri kateqoriyalarına (hüquqi şəxslər, fiziki şəxslər, xarici vətəndaşlar, siyasi nüfuzlu şəxslər və s.) dair məlumat əldə etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Mərkəzi Bankın İdarə Heyətinin “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Yerli bank onları etibarlı mənbələr (bank nəzarəti orqanına sorğular göndərməklə və ya rəsmi nəşrlər və mənbəyi məlum olan digər məlumatlar) vasitəsilə yoxlayır, onlarla bağlı risk qiymətləndirməsini aparır, işgüzar münasibətlərin qurulmasının risklərinə dair hesabat hazırlayır və risklərin idarə edilməsi üzrə tədbirlər görür.