Sadələşdirilmiş və gücləndirilmiş müştəri uyğunluğu tədbirləri ƏL/TMM Qanununun, habelə MUT Qaydalarının tələblərinə uyğun olaraq həyata keçiriləcək.

Heftelik.az-ın məlumatına görə, bu, Mərkəzi Bankın İdarə Heyətinin “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, bundan əvvəl cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi riskləri aşağı olduğu üçün barələrində sadələşdirilmiş eyniləşdirmə və verifikasiya tədbirlərinin tətbiq edildiyi müştəri istisna olmaqla, digər müştərinin və/və ya müştərinin səlahiyyətli nümayəndəsinin bu Qaydanın 4.5-4.7-ci bəndlərində qeyd olunmuş əlamətlərdən hər hansı birinə malik olması müəyyən edildikdə müştəri və ya onun səlahiyyətli nümayəndəsi yazılı (fiziki imza, gücləndirilmiş müştəri autentifikasiyası və ya gücləndirilmiş elektron imza ilə təsdiq olunmuş) şəkildə bu Qaydaya 3 nömrəli Əlavədə göstərilmiş əlavə eyniləşdirmə məlumatları təqdim edib. Bu məlumatların təsdiqedici sənədlərlə rəsmiləşdirilməsi tələb olunmayıb.