“Təhsil” bölməsi üzrə ortamüddətli xərc çərçivəsi (OMXÇ) sənədi “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 27.12.2016-cı il tarixli 1180 nömrəli Fərmanının 3.7.3-cü yarımbəndinə əsasən və Azərbaycan Respublikası Prezidentinin 24.08.2018-ci il tarixli 235 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2018-ci il tarixli 571 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında büdcə təşkilatlarının sektor strateji planlarının hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 31.01.2020-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Büdcə təşkilatlarının ortamüddətli dövr üçün baza proqnozlarının və yeni siyasət təşəbbüsləri üzrə sifarişlərinin hazırlanmasına dair Təlimat”a, “Büdcə təşkilatlarının ortamüddətli dövr üçün proqram (tədbir) üzrə fəaliyyət planının hazırlanmasına dair Təlimat”a uyğun hazırlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Təhsil” xərcləri üzrə hazırlanmış ortamüddətli xərclər çərçivəsi sənədinə uyğun olaraq büdcə xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi üzrə 2021-2024-cü illər üçün icmallaşdırılmış fəaliyyət planı”nın icrasının təhlilində əksini tapıb.