Magistral neft kəmərlərini istismar edən müəssisələr (təşkilatlar) tərəfindən meşə massivlərindən keçən boru kəmərlərində qəza baş verdikdə, ağacların kəsilməsinə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
1 ay müddətində qanunvericiliklə müəyyən olunmuş qaydada meşəqırma biletləri rəsmiləşdirilməli və qırma yerləri ağac qalıqlarından təmizlənməli, sonra meşəbərpa işləri aparılmalıdır.