Hidrogen sulfid tərkibli neft saxlanılan çənlər ölçü lükündən nümunənin götürülməsini və səviyyə ölçən cihazlarla təchiz olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Məsafədən idarə olunan cihazlar işləmədiyi halda ölçü lükündən əl ilə səviyyənin ölçülməsi və nümunənin götürülməsi zamanı fəhlələr (iki nəfərdən az olmamaq şərti ilə) süzgəcli əleyhqaz geyinməli və küləkdöyən istiqamətdə dayanmalıdırlar.