Vergi Məcəlləsinin 35-ci maddəsinin tələblərinə uyğun olaraq, vergi ödəyicilərinə məxsus hesabların bankın özü, filial və ya struktur bölmələri arasında köçürülməsi zamanı köçürülən hesablar barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilmiş formada məlumat bank tərəfindən hesabın köçürüldüyü tarixdən 1 (bir) iş günü müddətində elektron qaydada vergi orqanına göndəriləcək.
Heftelik.az-ın məlumatına görə, bu, Mərkəzi Bankın İdarə Heyətinin “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb.