Xarici dövlətlərin müvafiq orqanları ilə cinayət təqibi üzrə münasibətlərin qurulması, həmçinin bu dövlətlərin məhkəmə və istintaq orqanlarının göstərişlərinin yerinə yetirilməsi ilə bağlı icraat aparılması Azərbaycan Respublikasının qanunvericiliyi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən müvafiq məhkəmənin, prokurorun və müstəntiqin üzərinə düşür.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.