Hidrogen sulfid qazının ayrılması mümkün olan otaqlarda daimi axınlı-sorucu ventilyasiya işləməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Ventilyasiya işləmədikdə işçilər əleyhqaz geyinməli və növbə üzrə cavabdeh şəxsə bu barədə məlumat verməlidirlər, o, isə öz növbəsində, nasazlığı aradan qaldırmaq üçün tədbirlər görməli, lazım gəldikdə isə insanları otaqdan çıxarmalıdır.