Təhsilverənlərə PİSA, TİMSS, PİRLS beynəlxalq qiymətləndirmə tədqiqatlarına əsaslanan təlimlərdə iştirak edən təhsilverənlərin sayı 1191 nəfər və ya 3,2 dəfə çox, PİSA 2022 beynəlxalq qiymətləndirmə tədqiqatlarının əsas mərhələlərinin təşkilində iştirak edənlərin sayı 88 nəfər və ya 1,1% az, PİRLS 2022 beynəlxalq qiymətləndirmə tədqiqatlarının əsas mərhələlərinin təşkilində iştirak edən təhsilalanların sayı 8000 nəfər nəzərdə tutulsa da, icra olunmayıb.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Təhsil” xərcləri üzrə hazırlanmış ortamüddətli xərclər çərçivəsi sənədinə uyğun olaraq büdcə xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi üzrə 2021-2024-cü illər üçün icmallaşdırılmış fəaliyyət planı”nın icrasının təhlilində əksini tapıb.
Bununla yanaşı, indikator göstəriciləri üzrə nəzərdə tutulmadığı halda, TİMSS 2024 beynəlxalq qiymətləndirmə tədqiqatlarının sınaq mərhələsində 2359 nəfər, TALİS 2024 beynəlxalq qiymətləndirmə tədqiqatlarının sınaq mərhələsində 21 nəfər, İCİLS 2024 beynəlxalq qiymətləndirmə tədqiqatlarının sınaq mərhələsində 913 nəfər iştirak edib.
Cədvəl 5. Ümumi təhsil proqramı üzrə təhsilalanlarn biliyinin qiymətləndirmə sisteminin təkmilləşdirilməsi və beynəlxalq nailiyyətlərin əldə edilməsi (Strateji hədəf 5), %
Fəaliyyət və tədbir | Kassa xərci | Monitorinq göstəricisi | Monitorinq göstəricisinin icrası |
Subproqram 2.6. Təhsilalanların biliyinin beynəlxalq qiymətləndirməsi | 98,3 | ||
Təhsilverənlərə PİSA, TİMSS, PİRLS beynəlxalq qiymətləndirmə tədqiqatlarına əsaslanan təlimlərin keçirilməsi | 99,3 | Təlimlərdə iştirak edən təhsilverənlərin sayı | 316,5 |
PİSA 2022 beynəlxalq qiymətləndirmə tədqiqatlarının əsas mərhələsinin təşkili | 100 | Beynəlxalq qiymətləndirmədə iştirak edən təhsilalanların sayı | 98,9 |