Doldurma-boşaltma əməliyyatı zamanı sisternlərin estakadanın qonşu (paralel) dəmir yolu xəttinə verilməsi qadağandır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Lokomotivin estakadanın dəmir yolu ilə hərəkət etməsi qadağandır.

Estakadada qəza vəziyyəti yarandıqda doldurma-boşaltma əməliyyatları dərhal dayandırılmalı, vaqon-sisternlər estakadadan çıxarılmalıdır.