Bakıda 62 yaşlı qadın özəl klinikada cərrahiyyə əməliyyatı zamanı ölüb.

Heftelik.az-ın məlumatına görə, bu barədə Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, avqustun 29-da 1961-ci il təvəllüdlü Nailə Mustafayevanın Xətai rayonunda yerləşən “Medica Hospital” xəstəxanasında sağ ayağının amputasiyası cərrahi əməliyyatı zamanı ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.