Neftaltı suyu tankerlərdən su akvatoriyasına buraxmaq, eləcə də 650 C-yə qədər qızdırılmış suyu qəbul etmək və boşaltmaq qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Donan qatı neftləri buxarla qızdırmaq üçün sahil qazanxana qurğuları, eləcə də daxilində açıq alovla iş aparılan bina və tikililər körpü qurğularından və neftdaşıyan tankerlərin dayanacağından 100 m-dən az olmayan məsafədə olmalıdır.