Proqram 6. Xüsusi təhsil (3 Strateji hədəf 3 Subproqram) Proqramı üzrə 2022-cidə dürüstləşmiş təyinat üzrə xərclər 99,5% və ya 94025,3 min manat icra edilib. Ayrılmış vəsaitin 99,5% icra olunmasına baxmayaraq indikator göstəriciləri üzrə proqnozdan dövlət xüsusi rejimli internat məktəbləri və xüsusi məktəblərin sayı 2 ədəd və ya 16,7%, bu müəssisələdə təhsilverənlərin sayı 181 nəfər və ya 14,5% çox, həmin məktəblərdə təhsilalanların sayı isə 154 nəfər və ya 3,0% az olub.

Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Təhsil” xərcləri üzrə hazırlanmış ortamüddətli xərclər çərçivəsi sənədinə uyğun olaraq xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi üzrə 2021-2024-cü illər üçün icmallaşdırılmış  fəaliyyət planı”nın icrasının təhlilində əksini tapıb.

Cədvəl 11. Ölkədə sağlamlıq imkanları məhdud olan uşaqların özünəxidmət vərdişinin yaradılmasını, əmək fəaliyyətinə və ailə həyatına hazırlanmasını inkişaf etdirmək (Strateji hədəf 17), %

 

Fəaliyyət və tədbir

Kassa xərci 

Monitorinq göstəricisi

Monitorinq göstəricisinin icrası
Subproqram 6.1. Ölkədə sağlamlıq imkanları məhdud olan uşaqların təhsilinin təşkili 

99,4

 

 

Dövlət xüsusi rejimli internat məktəbləri və xüsusi məktəblərin fəaliyyəti

 

 

 

99,4

Dövlət xüsusi rejimli internat məktəbləri və xüsusi məktəblərin sayı 

116,7

Dövlət internat və xüsusi

məktəblərində təhsilalanların sayı

97,0
Dövlət internat və xüsusi

məktəblərində təhsilverənlərin sayı

114,5