2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə əlaqədar olaraq “Təmiz su və sanitariya” məqsədinin əsas hədəfi “Hamıya suyun və kanalizasiya xidmətlərinin əlçatanlığını təmin etmək” kimi müəyyən edilib.

Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının Büdcə xərclərinin funksional

təsnifatının “Ətraf mühitin mühafizəsi” bölməsi üzrə ortamüddətli xərclər çərçivəsinin icra vəziyyətinə dair  hazırladığı materialda əksini tapıb.

BMT-nin məlumatına görə 1990-cı ildən bu yana 2,6 mlrd. insan təmiz və içməli su mənbələri ilə təmin olunub, lakin 663 mln. insan hələ də bu cür imkanlardan məhrumdur. Dünyada ən azı 1,8 mlrd. insan fekal çirklənməyə məruz qalmış içməli su mənbələrindən istifadə edir. 1990-2015-ci illərdə yaxşılaşdırılmış içməli su mənbəyindən istifadə edən əhalinin xüsusi çəkisi 76%-dən 91%-dək artmışdır. Lakin su qıtlığı dünya əhalisinin 40%-dən çoxu üçün aktual olaraq qalır və bu göstəricinin artacağı proqnozlaşdırılır.

“Təmiz su və sanitariya” məqsədinə nail olunması üçün müəyyən edilmiş Dayanıqlı inkişaf hədəfləri ölkəmiz üçün də aktualdır və OMXÇ-də bu məsələlər əksini tapmayıb.