Diaqnostika üzrə işlər aparılan zaman partlayış təhlükəli otaqlarda axınlı-sorma ventilyasiya sistemi işləməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Avadanlıqların texniki diaqnostikası saz alət, tərtibat, aparatlar, sınaqdan keçirilmiş ölçü vasitələrinin tətbiqi ilə keçirilməli və fərdi mühafizə vasitələrindən istifadə olunmalıdır.