Xarici bankların yerli banklarda müxbir hesablarının açılmasından əvvəl yerli bank xarici bankdan respondent bankın korrespondent bank tərəfindən tələb edilən dövr (ən azı son bir il, bir ildən az fəaliyyət göstərdikdə isə fəaliyyətini əhatə edən dövr) ərzində apardığı əməliyyatların növləri və sayına dair məlumat və respondent bankın fəaliyyət göstərdiyi ölkələr (respondent bank holdinq şirkətinin tərkibində olduqda, holdinq şirkətinin qeydiyyatda olduğu ölkə), respondent bankın 50% və 50%-dən çox paya malik olduğu törəmə cəmiyyətləri və filiallarının yerləşdiyi ölkələr, o cümlədən onların xidmətlərindən istifadə edən üçüncü tərəflərin yerləşdiyi ölkələr, habelə qeyd olunan ölkələrdə tətbiq olunan tənzimləmə və nəzarət (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə üzrə normativ hüquqi çərçivə) haqqında məlumat  əldə etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Mərkəzi Bankın İdarə Heyətinin “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Yerli bank onları etibarlı mənbələr (bank nəzarəti orqanına sorğular göndərməklə və ya rəsmi nəşrlər və mənbəyi məlum olan digər məlumatlar) vasitəsilə yoxlayır, onlarla bağlı risk qiymətləndirməsini aparır, işgüzar münasibətlərin qurulmasının risklərinə dair hesabat hazırlayır və risklərin idarə edilməsi üzrə tədbirlər görür.