Araik Arutunyan istefa verdi

31 Avqust 2023, 13:00

Qarabağdakı qanunsuz rejimin başçısı Araik Arutunyan istefa verib.

Heftelik.az-ın məlumatına görə, bu barədə Araik Arutunyan “Facebook” hesabında yazıb.

Arutyunyan istefa ərizəsini sabah parlamentə təqdim edəcək.

Arutyunyan bu gün Qurgen Nersisyanı “dövlət naziri” vəzifəsindən kənarlaşdırıb və onun yerinə geniş səlahiyyətlər verilmiş Sergey Şahramanyanı “Təhlükəsizlik Şurasının katibi” təyin edib.