Respondent bankın müxbir hesabından üçüncü şəxslər tərəfindən birbaşa istifadə edilməsi (payable-through account) nəzərdə tutulduqda, korrespondent bank həmin şəxslərə münasibətdə müştəri uyğunluğu tədbirləri görməli, habelə respondent bank tərəfindən də bu cür tədbirlərin görüldüyünə və korrespondent bankın sorğusu olduqda müvafiq məlumatların ona təqdim ediləcəyinə əmin olmalıdır (korrespondent bankla respondent bank arasında müxbir bank hesabı müqaviləsinə müvafiq şərtin daxil edilməsi və ya belə əminliyi müəyyən edən digər təsdiqləyici sənəd vasitəsilə).

Heftelik.az-ın məlumatına görə, bu, Mərkəzi Bankın İdarə Heyətinin “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Müxbir bankçılıq münasibətlərinin qurulması və bu münasibətlərə xitam verilməsi barədə qərar korrespondent bankın səlahiyyətli idarəetmə orqanı tərəfindən qəbul edilir.