Ölkədə sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə uyğunlaşmasının təmin edilməsi (Strateji hədəf 18) istiqaməti üzrə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın maliyyə təminatı ilə bağlı xərclər çərçivəsində inklüziv təhsilin təşkil edildiyi təhsil müəssisələrinin sayı proqnozdan 4 ədəd və ya 66,7% çox olub.

Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Təhsil” xərcləri üzrə hazırlanmış ortamüddətli xərclər çərçivəsi sənədinə uyğun olaraq xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi üzrə 2021-2024-cü illər üçün icmallaşdırılmış  fəaliyyət planı”nın icrasının təhlilində əksini tapıb.