Ortamüddətli xərc çərçivəsi (OMXÇ) sənədinə uyğun olaraq “Büdcə xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi üzrə 2021-2024-cü illər ücün icmallaşdırılmış fəaliyyət planı”na (Fəaliyyət Planı) uyğun olaraq 2022-ci ildə ayrılmış xərclərin 82,2%-i Elm və Təhsil Nazirliyinin payına düşüb.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Təhsil” xərcləri üzrə hazırlanmış ortamüddətli xərclər çərçivəsi sənədinə uyğun olaraq büdcə xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi üzrə 2021-2024-cü illər üçün icmallaşdırılmış fəaliyyət planı”nın icrasının təhlilində əksini tapıb.
OMXÇ üzrə Nazirlik tərəfindən təqdim olunmuş məlumatlara əsasən, 2022-ci ildə ilkin proqnoz 3147650,8 min manat, dürüstləşmiş proqnoz 3024963,0 min manat (ilkin təyinata nisbətən 96,1%), icra isə dürüstləşmiş proqnozdan 5812,1 min manat az olmaqla 3019150,9 min manat və ya 99,8% olub.
Fəaliyyət Planı üzrə ayrılmış vəsaitlər 14 Proqram, 27 strateji hədəf və 24 subproqram üzrə icra edilib.