Diaqnostika işlərini yerinə yetirən və nəticələrini qiymətləndirib rəy verən şəxslər, normativ sənədlərin tələblərinə uyğun olaraq, bu sahə üzrə müvafiq səviyyə sertifikatlarına malik ixtisaslı mütəxəssislər olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Diaqnostika işləri təsdiqlənmiş və razılaşdırılmış təlimatlar əsasında yerinə yetirilməlidir.

Diaqnostika işləri bina, tikili və qapalı sahələr daxilində yerinə yetirilərkən iş yerinin işıqlandırılması normativ sənədlərin tələblərinə uyğun olmalıdır.