“Strateji hədəf 8. Əhaliyə və istehlakçılara göstərilən hidrometeoroloji xidmət növünün genişləndirilməsi və keyfiyyətinin artırılması” bölməsi üzrə 2022-ci il üçün təsdiq edilmiş 9798,0 min manata qarşı 7985,2 min manat və ya 81,5% xərcin icra olunduğu göstərilib.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının Büdcə xərclərinin funksional təsnifatının “Ətraf mühitin mühafizəsi” bölməsi üzrə ortamüddətli xərclər çərçivəsinin icra vəziyyətinə dair hazırladığı materialda əksini tapıb.
Həmin tədbir çərçivəsində “Hidrometeoroloji xidmət üçün bağlanmış təsərrüfat müqavilələrinin sayı” hesabat ilində 81 müqavilə olmaqla təsdiq edilmiş proqnozdan (125 müqavilə) 44 müqavilə az, həmçinin əvvəlki ilin müvafiq göstəricisindən (101 müqavilə) 20 müqavilə az olub.
Həmçinin, hidrometeoroloji xidmətlərdən 2022-ci ildə daxilolmalar cəmi 255,7 min manat təşkil etməklə əvvəlki ilə nisbətən cəmi 31,4 min manat və ya 14,0% çox olub.