Doldurma-boşaltma estakadaları stasionar köpükəmələgətirici yanğınsöndürmə sistemi, dairəvi su kəməri şəbəkələri və lüləli lafet sistemi ilə təchiz edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Neftin doldurma-boşaltma əməliyyatı zamanı:
– odlu işlərin aparılması, siqaretin çəkilməsi, açıq qızdırıcı cihazların işə salınması;
– nasaz və partlayışdan mühafizəsi olmayan elektrik işıqlandırıcı cihazların istifadəsi;
– 70 0 C – dən yuxarı qızdırılmış neftin doldurulub-boşaldılması qadağandır.