Cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin protokolu əllə tərtib edilə, çap oluna, protokollaşdırılması üçün digər texniki vasitələrdən, o cümlədən elektron texnikasından istifadə edilə bilər.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Protokolda doldurulmamış sətirlər və səhifələr pozulmalı, ona əlavələr, pozmalar və düzəlişlər xüsusi qeyd olunmalıdır.