Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının pley-offunda cavab matçına çıxacaq.
Heftelik.az-ın məlumatına görə, Qurban Qurbanovun yetirmələri evdə “Olimpiya” ilə üz-üzə gələcək.
Sloveniyada 2:0 hesablı inamlı qələbə qazanan “Qarabağ” Avropa Liqasının qrup mərhələsində oynamaq üçün üstünlüyünü qorumalıdır. Bu cütün məğlub tərəfi isə Konfrans Liqasının qrupunda mübarizə aparacaq.
Qeyd edək ki, “Qarabağ” ardıcıl 10-cu dəfə qrupda çıxış edəcək. Ağdamlılar 2017/18 mövsümündə Çempionlar Liqasında, 2014/15, 2015/16, 2016/17, 2018/19, 2019/20, 2020/21 və 2022/23 mövsümlərində Avropa Liqasının, 2021/22 mövsümündə Konfrans Liqasının qrupunda mübarizə aparıb.
Avropa Liqası
Pley-off, cavab oyunu
31 avqust
20:00. “Qarabağ” (Azərbaycan) – “Olimpiya” (Sloveniya)
Baş hakim: Alexandro Ernandes (İspaniya)
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 2:0