“Qarabağdakı qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir”.

Heftelik.az-ın məlumatına görə,  bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev  X (Tvitter) paylaşımında bildirib.
“Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tədarük etdiyi buğda ununun istehsal mənşəyinə görə (Azərbaycan) rədd edilməsi qeyri-qanuni marionet rejimin izlədiyi irqçilikdir. Azərbaycan artıq öz torpağında nəzarətsiz zonaya tolerantlıq göstərə bilməz. Qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir”, – o paylaşımında qeyd edib.