Siyirtmələr, kranlar, ventillər hidravlik zərbədən baş verə biləcək qəzanın qarşısını almaq üçün səlis açılıb bağlanmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Neftvurma zamanı neft yeni istiqamətə yönəldilərkən boru kəmərlərindəki işlək siyirtmələr yeni istiqamətin siyirtmələri açıldıqdan sonra bağlanmalıdır.