Proqram 3. Peşə təhsili (5 Strateji hədəf 6 Subproqram) – “Təhsil” bölməsinin 3-cü köməkçi bölməsi üzrə 2022-ci ildə dürüstləşmiş təyinat üzrə xərclər 98,6% və ya 51110,4 min manat icra edilib.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Təhsil” xərcləri üzrə hazırlanmış ortamüddətli xərclər çərçivəsi sənədinə uyğun olaraq büdcə xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi üzrə 2021-2024-cü illər üçün icmallaşdırılmış fəaliyyət planı”nın icrasının təhlilində əksini tapıb.
Cədvəl 6. Peşə təhsili və təlimi sahəsində fasiləsiz öyrənmənin təmin olunması (Strateji hədəf 6), %
Fəaliyyət və tədbir | Kassa xərci | Monitorinq göstəricisi | Monitorinq göstəricisinin icrası |
Subproqram 3.1. Peşə təhsili üzrə təhsilalanların təhsilinin təşkili | 98,6 | ||
Peşə təhsili üzrə dövlət müəssisələrinin fəaliyyəti | 98,6 | Peşə təhsili üzrə fəaliyyət göstərən dövlət peşə təhsili müəssisələrinin sayı | 101,1 |
Dövlət peşə təhsili müəssisələrində təhsilalanların sayı | 97,6 |
Təhlillə indikator göstəriciləri üzrə proqnozdan peşə təhsili üzrə fəaliyyət göstərən dövlət peşə təhsili müəssisələrinin sayının 1 ədəd və ya 1,1% çox, dövlət peşə təhsili müəssisələrində təhsilalanların sayının isə 595 nəfər və ya 2,4% az olduğu müəyyən edilib.