Texnoloji tunellərdə baş verə biləcək qəzaların və yanğınların ləğvi planı hər il, müəssisənin yanğın təhlükəsizliyi xidməti nümayəndələrini cəlb etməklə işlənilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Tuneldə təmir və odlu işlər aparılan yerlər yanğınsöndürmə vasitələri və daimi ventilyasiya ilə təmin olunmalıdır. Bu işlərlə əlaqəsi olmayan işçilər və digər şəxslər tuneldən çıxarılmalıdırlar.