Aktiv belə göstəricidir

01 Sentyabr 2023, 09:00

Aktiv – keçmiş hadisələrin nəticəsi kimi mühasibat uçotu subyekti tərəfindən idarə olunan və həmin mühasibat uçotu subyektinə gələcəkdə iqtisadi səmərə gətirə biləcəyi gözlənilən resurslar olmaqla, müəyyən edilmiş tarixə, onun əmlakının tərkibi və dəyəri barədə maliyyə vəziyyəti haqqında hesabatın maddələrini əks etdirən göstəriciləridir.

Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.

Öhdəlik isə mühasibat uçotu subyektinin kеçmiş hadisələrdən, o cümlədən bağlanılmış müqavilələrdən yaranmış və iqtisadi səmərəni əmələ gətirən resurslarının həmin subyektdən kənara ахını ilə nəticələnən mövcud vəzifəsidir.