Müvafiq sənaye sahələrində eynicinsli olmayan kütlələrin və ya qarışıqların inventarizasiyası həmin sahələrin qəbul olunmuş uçot siyasətinə əsasən həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.

Baş (yuxarı) idarəetmə orqanı olan müəssisələrdə bu cür spesifik xüsusiyyətə malik olan əmlakın inventarizasiyası həmin baş (yuxarı) idarəetmə orqanının normativ sənədlərinə (qaydalarına, təlimatlarına və s.) əsasən həyata keçirilir.