Ventilyasiya avadanlıqlarının istismar vəziyyətinin qeyd edilməsi üçün pasport və ya jurnal açılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Hər növbədə 1 dəfədən az olmayaraq qurğuların sazlığı yoxlanılmalı və nəticələr jurnalda qeyd olunmalıdır. Nasazlıq aşkar edildikdə dərhal aradan qaldırılmalı, sex rəisinə və dispetçerə bu barədə məlumat verilməlidir.