Bir çox işçi qrupu yaradılan zaman mühasibat uçotu subyektinin əsas (aparıcı) bölmələrinin rəhbərlərindən ibarət inventarizasiya komissiyasının işinə əsas nəzarət qrupu yaradılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.
Bu qrup isə işçi qruplarının üzvlərini təlimatlandırır, onların işinin vaxtında başa çatdırılmasına şərait yaradır və işçi qruplarının işlərinin nəticəsini müzakirə etdikdən sonra qanunvericiliyə uyğun rəsmiləşdirir və rəhbərlik qarşısında hesabat verir.