Keçidlər, çıxışlar, pilləkən meydançaları, dəhlizlər, ehtiyat çıxışları və qəza anbarları əşyalarla, material və avadanlıqlarla qalaqlanmamalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Pilləkənlərin altında anbarların, emalatxanaların yerləşdirilməsinə yol verilmir. Ehtiyat avadanlıqlar, materiallar və digər qiymətli avadanlıqlar anbarlarda, xüsusi ayrılmış yerlərdə saxlanılmalıdır.