Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Yaşıl Masa”- ətraf mühitin qorunması üzrə vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə tədbirlərin təşkili layihəsi çərçivəsində ilk dəyirmi masa 31 avqust 2023 – cü ildə Montin Otelin konfrans zalında keçrildi.
Tədbiri Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri Taleh Əliyev açaraq qonaqları salamladıqdan sonra Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra layihə haqqında iştirakçılara geniş məlumat verdi. Sonra sözü layihənin eksperti Sadiq Həsənova verdi. Sadiq Həsənov mövzu haqqında danışarkən bildirdi ki, plastik tullantılar xam plastik kövrək və sərt kimyəvi maddələrdir. Onlara xüsusi forma vermək üçün istehsal prosesi əsnasında kimyəvi maddələr əlavə edilir, hansı ki, ona elastiklik, sabitlik, rəng davamlılığı,şəffaflıq, statik yük və ya sərtlik verir. Bəzi əlavələr qarşısını ala və ya ən azı yavaşlaya biləraşağı parçalanma və gec dağılma prosesləri (kövrəklik, saralma, parlaqlığın/şəffaflığın itirilməsi,və ya səthi krekinqdən qorunma) plastikləri qoruyaraq su, turşular, istilik, oksigen kimi ətraf mühit təsirlərini yavaşıdır. Plastic hər il 1,1 milyondan çox dəniz quşunu və heyvanı öldürür və astronomik sayda heyvana zərər verir. Çirklənmə nəhayət bizə qayıdır – Orta hesabla bir insan hər il 70.000 mikroplastik yeyir.
Əlavələrin plastikə nisbəti növündən asılıdır, plastik və onun tələbləri 5% arasında ola bilər(məsələn, polietilen) və 80% -də ola bilər(məsələn, polipropilen) kompozitlər). İlk sintetik plastik – Bakelit – 1907-ci ildə istehsal edildi və qlobal plastik sənayesinin başlanğıcını qeyd etdi. Bununla belə, qlobal plastik istehsalında sürətli artım 1950-ci illərə qədər həyata keçirilmədi. Növbəti 70 il ərzində plastik məmulatların illik istehsalı 2019-cu ildə təxminən 230 dəfə artaraq 460 milyon tona çatıb.
Vətəndaş cəmiyyəti fəalları ekoloji mövzuda tədbirlərin keçrilməsinin əhəmiyyətindən danışaraq bu istiuqamətdə təşkilatçılara uğurlar arzuladılar.